Hamburqda etirazlar başlayandan 300 nəfər saxlanılıb
9-07-2017, 09:12
Hamburq polisi şəhərdə G-20 sammitinə qarşı etirazlar başlayandan 288 nəfərin saxlanıldığını, onlardan 144 nəfər barəsində həbs qətimkan tədbirinin seçildiyini bildirib. APA-nın “Welt”-ə istindən verdiyi xəbərə görə, 7-8 iyul tarixlərində baş vermiş iğtişaşlar zamanı 200-dən çox polis əməkdaşı xəsarət alıb.