Yanacaqdaşıyan maşın aşdı – 2 yaralı

10-07-2017, 02:03           
Yanacaqdaşıyan maşın aşdı – 2 yaralı
Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.
Xaldan-Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Yaralıların Şərur rayonundan olduqları bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru