Dolu və leysan yağışları Gürcüstana ciddi ziyan vurub

10-07-2017, 09:19           
Dolu və leysan yağışları Gürcüstana ciddi ziyan vurub
İntensiv yağışlar və dolu Gürcüstanda ciddi problemlər yaradıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, dolu Laqodexi rayonu və ətraf kəndlərdə üzüm bağlarında məhsulu məhv edib.
Laqodexi bələdiyyəsi sədrinin müavini Qeorqi Bokeriya jurnalistlərə müsahibəsində deyib ki, iri buz parçaları şəklində olan dolu qısa müddət ərzində Laqodexi rayonunda və ətraf Matçimi, Niniqori, Baisubani, Aleni və Qiorqeti kəndlərində üzüm bağlarına ciddi ziyan vurub. Hazırda aidiyyəti orqanların nümayəndələri təsərrüfatlara dəyən ziyanın miqdarını hesablayır. İlkin məlumatlara görə, bir illik üzüm bağları və bar verən bağlarda üzümü məhv olub.
Gürcüstanın bölgələrinə yağan güclü leysan yağışları nəticəsində bəzi evlərə, təsərrüfatlara və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolunda sürüşmə baş verib. Yolda avtomobillərin hərəkətində fasilələr yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru