Saatlıda intihar hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Novruzlu kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Azər Rafiq oğlu Cahangiraov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.