Ölkədən qaçan tələbə axtarışa verildi

10-07-2017, 13:22           
Ölkədən qaçan tələbə axtarışa verildi
Bu gün Yasamal rayon məhkəməsində BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin icraatında olan prosesdə Z.Mirağayevanın növbəti dəfə məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə onun barəsində axtarış qərarı verib.

Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə tapşırılıb. Z.Mirağayev tapılıb gətirilənə qədər işin icraatı dayandırılıb.

Qeyd edək ki, ötən iclasdan sonra bəlli olub ki, Z.Mirağayev artıq Azərbaycanı tərk edərək xarici ölkəyə köçüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru