Nüvə səhrasında ŞOK TAPINTI

18-07-2017, 02:50           

Stenfordsk Universitetinin (ABŞ) alimləri Bikini (Marşall adaları) mərcan adasının kraterində yaşayan dəniz varlıqlarını aşkar ediblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, tapıntı alimlər tərəfindən təəccüblə qarşılanıb.
Məsələ ondadır ki, ABŞ burada 70 il əvvəl nüvə sınaqları keçirirdi. Xüsusi halda, mərcan adası ərazisində 1946-1958-ci illərdə 23 atom bombası sınaqdan keçirilib. 1950-ci illərdən sonra bura “nüvə səhrası” adlandırılırdı.
Universitetin professoru Stiv Palumbinin sözlərinə görə, aşkarlanan bütün varlıqlar sağlam görünürlər. Lakin buna baxmayaraq, alim xəbərdarlıq edib ki, Bikini mərcan adası insanların həyatı üçün hələlik yararsızdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru