Bakıda dəhşətli qəza: Piyadanın başı ön şüşəni qıraraq içəri girib - VİDEO

18-07-2017, 11:07           

Xəzər rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Firuz Orucov idarə etdiyi Mercedes markalı avtomobillə yolu keçmək istəyən qadın piyadanı vurub. Sürücü hadisə yerinə təcili tibbi yardım briqadası çağırıb.

Hadisə yerinə gələn tibb əməkdaşları piyadanın öldüyünü bildiriblər. Qəza yerinə müstəntiq gəlib. Müayinələr aparılıb ölçülər götürülüb. Meyid müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Xəzər rayon şöbəsinə aparılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru