DYP ilə türk xanım sürücü arasında qalmaqal: Mənim meyitimi götürərsiniz (VİDEO)

18-07-2017, 11:41           

Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb.

teref.az-nun oxu.az-a istinadən verdiyi məlumata görə, türk vətəndaşı "Hyundai ix35” markalı avtomobillə Yasamal rayonu Balababa Məcidov küçəsində yol qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə əməkdaşları qadının sərxoş olmasında şübhələniblər. Onlar xanım sürücünü ekpertiza aparılması üçün müəyyən prosedurlardan keçməyi dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər.

Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir neçə müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib.

Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: "Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz”.

Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.

Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücü ilə bağlı araşdırmalar gedir, güman edirik ki, sürücü hay-küy salmaqla, məsuliyyətdən yayınır. Etiraz etmək sürücünün haqqıdır. Baş vermiş faktla bağlı ətraflı məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.