Bakı sakini özünü 17-ci mərtəbədən ataraq intihar edib
18-07-2017, 18:17
Bakıda 34 yaşlı kişi intihar edib. “Report”un xəbərinə görə, 1983-cü il təvəllüdlü Cəlal Qazanov özünü Yasamal rayonunda yeni tikilmiş hündürmərtəbəli binalardan birinin 17-ci mərtəbəsindən atıb. C.Qazanov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı istintaq aparılır.