Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.

18-07-2017, 21:10           
Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.
Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.

Kənd sakinləri "Report"un bürosuna bildiriblər ki, kənd sakinləri və kəndin mal-qarası tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar: "Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədi. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandı bu gün mal-qaranı parçalayırsa sabah sakinlərindən birini parçalayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru