Bakının Xətai rayonu ərazisində silahlı insident olub. "Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsi, ev 14 ünvanında güllələnib. O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.