Bakıda mikroavtobus piyadanı vurub, digər maşın isə üzərindən keçib

19-07-2017, 08:57           
Bakıda mikroavtobus piyadanı vurub, digər maşın isə üzərindən keçib
Bakının aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, "Mercedes" markalı sərnişin mikroavtobusu sol güzgüsü ilə yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişiyə toxunaraq keçib. Arxadan gələn "Porsche" markalı avtomobil isə zərbənin gücündən yerə yıxılan piyadanın üzərindən keçib. Kişi ərazidə dünyasını dəyişib.
Hadisə şahidi olan "Jeep" markalı avtomobilin sürücü maşını yol kənarında saxlayaraq insident barədə "təcili yardım" və polisə xəbər vermək istəyərkən arxadan gələn "Toyota" onun avtomobilinə çırpılıb.
Hazırda əraziyə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülər saxlanılıb. Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru