Borc üstündə oğlanı soyundurub döyən şəxslər saxlanıldı

20-07-2017, 00:03           

Bu gün sosial şəbəkələrdə və xəbər saytlarında bir nəfərə qarşı zorakılıq yolu ilə şəxsiyyətinin təhqir olunması və ondan pul tələb edilməsi barədə video yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən teref.az-ya verilən məlumata görə, həmin videosüjet hələ yayımlanmazdan əvvəl Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları vətəndaş B.Məmmədovun şikayəti əsasında ona qarşı şəxsiyyətinin alçaltmasına cəhd edərək zorakılıq törətməklə pul, mobil telefon, təqaüd kartı verməyi tələb edənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib və onlar tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru