Paytaxtın Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb.
teref.az Report-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb.
Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.
Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb