Kiyevdə silahlı insident baş verib, ölən var - Foto

20-07-2017, 08:10           
Kiyevdə silahlı insident baş verib, ölən var - Foto
Bu gecə Ukraynanın paytaxtı Kiyevdə ölümlə nəticələnən silahlı insident baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə “Prospekt” ticarət mərkəzinin qarşısındakı avtomobil dayanacağında qeydə alınıb.

Naməlum şəxslər təxminən 40-45 yaşlı kişini avtomat silahdan atəş açaraq qətlə yetiriblər. Cinayətkarlar silahı hadisə yerində qoyub qaçıblar.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru