Bakıda rəisin oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxs kimdir? - ADI AÇIQLANDI

20-07-2017, 13:34           
Bakıda rəisin oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxs kimdir? - ADI AÇIQLANDI
İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun vurub 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlunun sürdüyü "Porsche"nin altına atdığı piyadanın 1975-ci il təvəllüdlü Musayev Mirmehdi Soltanəli oğlu olması müəyyən edilib. Onun meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, “Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru