Novxanıda faciə: İki azyaşlı qardaş boğuldu

24-07-2017, 16:43           

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə aparılıb.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru