Bakıda qısqanc qardaş bacısına 13 bıçaq zərbəsi endirdi

27-07-2017, 08:59           
Bakıda qısqanc qardaş bacısına 13 bıçaq zərbəsi endirdi
Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Moderator.az Report-a istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub.

Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik açıqlanmır.

Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru