Azərbaycana gələn erməni məmurun arvadını... – ŞOK HADİSƏ - FOTO

27-07-2017, 22:18           


İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə vətəndaşlar arasında toqquşma baş verib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22 yaşlı Qrant Avetisyanı döyüb.

Məlumata görə, problem Marutyanın avtomobili ilə Avetisyanın avtomobilinin toqquşmasından sonra başlanıb. Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobillər də ciddi zərər görməyib.

Toqquşma kiçik olduğu üçün sürücülər avtomobildən düşməyib. Lakin bir gün sonra Marutyan 22 yaşlı Avetisyanı yanına çağırıb. Öz dostu ilə keçmiş məmurun yanına gedən erməni gənc heç bir səbəb göstərilmədən döyülüb, həmçinin, təhqir edilib.

Zərərçəkmişin anası deyir ki, “Marutyan özünü Sevanın (Göyçə) ağası hesab edir”.

Ən maraqlısı isə döyülən gənclərin qisası olub. Belə ki, onlar Marutyanın avtomobilinə böyük hərflərlə söyüş yazıblar. Söyüşün əsas ünvanı isə Marutyanın arvadı olub. Lakin söyüşün Avetisyan tərəfindən yazıldığını heç kim sübut edə bilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru