AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Tavuş vilayəti Berd rayonunun Paravakar kəndinin bələdiyyə sədrinin müavini Sarkis Mnarkaryan bildirib ki, dünən döyüş mövqelərindən birində müqaviləli xidmət edən erməni hərbçi, 41 yaşlı Artur Mayranyan yaralanıb.
O, qeyd edib ki, yaralanan Arturun qol sümükləri qırılıb, belindən ağır zədə alıb. Kənd bələdiyyə müavinin sözlərinə görə, hərbçinin vəziyyəti pisləşib və onu İrəvana köçürüblər. Onun digər hərbçi yoldaşı ilə mübahisə etdiyi deyilir.
Qeyd edəki, son zamanlar erməni hərbi qulluqçular arasında münaqişələr artmağa başlayıb. Xüsusəndə məvaciblərini gec alan və buna etiraz edən hərbi qulluqçular “naməlum şəraitdə” ağır bədən xəsarətləri ilə hospitala göndərilir. Eyni zamanda Azərbaycanla sərhəddə xidmət etmək istəməyən bir çox hərbçilər bu yolla ehtiyata buraxılmalarını təmin edirlər.