Goranboyda PARTLAYIŞ - Sərxoş kişi yaşadığı evdə...

29-07-2017, 20:33           

Goranboy rayonunun Qarasüleymanlı kəndində 45 yaşlı kişi sərxoş halda evində partlayış törədib.
Publika.az xəbər verir ki, 1972-ci il təvəllüdlü kənd sakini Asif Əli oğlu Bayramov yaşadığı 2 otaqdan ibarət evdə mətbəxt üçün nəzərdə tutulmuş qaz balonunu alışdıraraq kənara atıb.
Nəticədə partlayış baş verib. Məlumata görə, o, ikinci balonu partlatmağa cəhd etsə də, hadisə yerinə gələn qonşuların köməkliyi ilə bunun qarşısı alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və polis əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evə qismən ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alan A.Bayramov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
İnsident baş verən vaxt evdə ondan başqa heç kim olmayıb.
Kişinin bu addımı atmasının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru