Əri və qayınanası gəlini amansızcasına döydülər - Mingəçevirdə

30-07-2017, 01:29           

Mingəçevirdə ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

teref.az "Report"a istinadən bildirir ki, hadisə ailənin yaşadığı Heydər Əliyev prospekti, 66/25, mənzil, 6-da qeydə alınıb.
1985-ci il təvəllüdlü gəlin Abdurəhmanova Tünzalə Sehman qızı ailə münaqişəsi zəminində doğmaları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının bədəninin əksər nahiyələrində gematoma qeydə alınıb. Ona ilkin tibbi yardım göstərilib.
Əldə edilən ilkin məlumata görə, gəlin həyat yoldaşı və qayınanası tərəfindən təhqir olunaraq amansızcasına döyülüb. Münaqişənin əsl səbəbi isə hələ ki, məlum deyil.
Hadisə ilə bağlı şəhər Polis şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru