Lənkəranda 6 günlük körpə anasının yanından oğurlanaraq su quyusuna atılıb

30-07-2017, 10:55           
Lənkəranda 6 günlük körpə anasının yanından oğurlanaraq su quyusuna atılıb
Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.
Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru