Bakıda şirkət binasına pəncərədən girib külli miqdarda pul apardılar

31-07-2017, 00:12           
Bakıda şirkət binasına pəncərədən girib külli miqdarda pul apardılar
Bakıda şirkətlərdən birindən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında Xətai rayonu Bayramov küçəsində yerləşən “Ekspress” MMC-nin ofisinə soxulub.

Pəncərənin dəmir barmaqlıqlarını sındıraraq şirkətə daxil olan oğrular seyfdən 10 min manat və 2 min dollar götürüb. Şirkət rəhbərliyi məsələ ilə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

Criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru