"Russia Today" telekanalının jurnalisti Xalid əl-Xatib İŞİD terrorçuları tərəfindən öldürülüb. "Report" xəbər verir ki, hadisə bu gün Suriyanın Es-Suxna rayonunda baş verib.
Ərazidə həyata keçirilən anti-terror əməliyyatlarını işıqlandıran jurnalist terrorçuların hədəfinə tuş gəlib. Xalid əl-Xatib eyni zamanda Dəməşq universitetinin tələbəsi idi.