İcra nümayəndəsinin müavinini bıçaqladı

31-07-2017, 00:14           

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb. İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib.

Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir. Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 102 xidmətinə məlumat verilib. Fakt üzrə araşdırma aparılır. ("Report")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru