Bakı çimərliklərində DƏHŞƏT: - 1 gündə 6 nəfər öldü

31-07-2017, 12:58           
Bakı çimərliklərində DƏHŞƏT: - 1 gündə 6 nəfər öldü
İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Lent.az dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir:
Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb.
Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb
1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub
Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb
Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.
Qeyd edək ki, dünən hava şəraiti küləkli olub və dəniz dalğalı olduğundan suya girmək təhlükəli hesab edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru