Moskva Arbitraj Məhkəməsi "Rusline 2000" MMC-ni müflis elan edib. teref.az APA-ya istinadən xəbər verir ki, adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telman İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir. Qeyd edək ki, "Rusline 2000" MMC-nin "BM-Bank" qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub. Əlavə edək ki, "BM-Bank" "VTB Qrup"a daxildir.