Almaniyanın paytaxtı Berlin şəhərində İkinci Dünya müharibəsindən və alman lider Adolf Hitlerdən bəhs edən “Hitler necə oldu” adlı sərgi keçirilib.
Kult.az xəbər verir ki, Hitlerin hekayəsindən bəhs edən sərginin sonunda diktatorun 30 aprel 1945-ci ildə intihar etdiyi otağın bənzəri nümayiş olunub.
Sərgi iştirakçılarına şüşə arxasından nümayiş olunan otağın fotosunu çəkməyə icazə verilməyib.