SON DƏQİQƏ! ŞOK XƏBƏR! Azərbaycanlı məşhur sərhəddə saxlanıldı - Onu ata yurdu Borçalıya buraxmırlar
2-08-2017, 00:15
Tanınmış tarixçi alim, Bakı dövlət Universitetinin Tarix kafedrasının müəllimi Kərəm Məmmədov ata yurdu Borçalıya buraxılmayıb.
TEREF.İNFO pressclub.az-a istinadən xəbər verir ki, K.Məmmədov iyulun 29-da ailə üzvləri ilə birlikdə doğulduğu Gürcüstana gedərkən gürcü sərhədçiləri tərəfindən saxlanılıb. Alimin ailəsi qonşu ölkəyə buraxılsa da, K.Məmmədova icazə verilməyib. Məmmədov saytımıza bildirib ki, Gürcüstan sərhəd buraxılış məntəqəsinin əməkdaşları heç bir səbəb göstərmədən onun ölkəyə girişinə izn verməyiblər:
"Mənə hansı səbəbdən Gürcüstana buraxmadıqlarını izah etmədilər. Hər il bu vaxt doğulduğum Borçalıya gedirəm, orada istirahət edirəm. İndiyə qədər bu cür problem yaşanmamışdı. İndi hansısa səbəb də demirlər".
Gürcüstana buraxılmaması ilə bağlı səfirliyi və aidiyyəti qurumları məlumatlandırdığını deyən tarixçi alim bildirib ki, rəsmi qurumlardan cavab gözləyir: "Ümid edirəm ki ən qısa zamanda məsələ həllini tapacaq, anlaşılmazlıq aradan qalxacaq".
Onu da qeyd edək ki, K.Məmmədov ötən il təxminən bu vaxtlar Bakıda fəaliyyət göstərən "Borçalı" cəmiyyətinin sədri seçilmişdi. Bu yaxınlarda isə, öz istəyi ilə cəmiyyətin sədri postundan istefa verib.