Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub

5-08-2017, 09:15           
Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub
Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralında Bayraq meydanı yaxınlığında qeydə alınıb.
Belə ki, rayonun Aşağı Noxudlu kənd sakini, 31 yaşlı Röyal Rafət oğlu Kazımov yolu keçmək istəyən zaman “Mersedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarəti alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
R.Kazımovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru