ABŞ-ın Kaliforniya ştatında atışma olub: ölən var

5-08-2017, 10:13           
ABŞ-ın Kaliforniya ştatında atışma olub: ölən var
Naməlum şəxs ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərindəki parkda atəş açıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalının yerli filialı polisə istinaadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 1 nəfər öldürülüb. Hadisə yerinə gələn asayiş keşikçiləri atəş açan şəxsi müəyyən ediblər. Şübhəli şəxs saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. O, odlu silahdan açılan atəşlə yaralanıb və xəstəxanaya yerləşdirilib.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis əməkdaşları hadisə şahidlərinin ifadələrini alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru