İsa peyğəmbərin izləri – İtmiş şəhər/Foto

9-08-2017, 10:05           
İsa peyğəmbərin izləri – İtmiş şəhər/Foto
Arxeoloqlar İsraildə İsa peyğəmbərin həvarilərinin yaşadığı “itmiş şəhər”i tapıblar.

Kult.az xəbər verir ki, bu barədə yerli “Haaretz” nəşri informasiya yayıb.

Məlumata görə, Qaliley dənizinin şimal sahilində qalıqları tapılan şəhər tarixən Romanın Yuliya şəhəri olub. Buna əsas kimi arxeoloqlar qazıntılar zamanı aşkar edilmiş Roma hamamı izlərini göstəriblər.

“Bu, o deməkdir ki, orada balıqçılıqla məşğul olan xırda kənd yox böyük şəhər olub. Hamam həmin ərazidə şəhər mədəniyyətinin olduğunu göstərir”, - tədqiqatın müəllifi Mordexay Aviyam bildirib.

Şəhər barədə məlumatlara məşhur Roma tarixçisi İosif Flavinin qeydlərində rast gəlindiyi qeyd olunur. Tarixi qeydlərdə Çar İrodun həmin şəhərdə yeni bir kənd salaraq onu Tiberiya imperatorunun anasının şərəfinə “Yulius” adlandırdığı göstərilib. Bu şəhərin İsa peyğəmbərin 3 həvarisi – Pyotr, Filip və Andrey üçün doğma olduğu güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru