Cəld tərpənib ölümdən qurtuldular

18-08-2017, 14:58           

Polis olayla bağlı araşdırmalara başlayıb
Ərlə arvadın olduğu avtomobil evin qarşısında dayanır. Qadın avtomobildən düşür. Bu zaman evə yan alan maşından düşən silahlı cinayətkar onlara tərəf qaçır. Ər cəld tərpənir, arvad maşına oturur və onların avtomobili sürətlə olay yerindən uzaqlaşır. teref.az milli.az-a istinadən bildirir ki, hadisə Cənubi Afrika Respublikasındakı Yohannesburq şəhərində, Midrand bölgəsində baş verib. Rocer və Anell Hills maşınla evə qayıtmışdılar. Bu zaman evin qarşısında Mercedes-Benz markalı avtomobil dayanıb. Maşından düşən, əlində tapança olan şəxs Hillərin avtomobilinə tərəf qaçıb. Bunu görən Rocer "Anell, tez otur maşına!" qışqırıb. Anell Hilss maşına oturandan sonra Rocer avtomobili sürətlə yerindən tərpədərək uzaqlaşıb. Beləcə, ərlə arvad silahlı quldurdan qurtulublar. Polis olayla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru