İspaniyada terror qurbanlarının 9-nun şəxsiyyəti müəyyənləşdirilib
19-08-2017, 09:27
İspaniyanın məhkəmə-tibb ekspertləri Barselonada və Kambrilsdə törədilmiş terror aktı qurbanlarının 9-nun şəxsiyyətini müəyyənləşdirib. “Report” xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb. Məlumatda qeyd olunur ki, şəxsiyyəti müəyyənləşdirilən cəsədlərin arasında əcnəbilər də var. Bunlar iki italyan, belçikalı və portuqaliyalıdır. Bundan əlavə, polis hadisə zamanı itkin düşmüş 7 yaşlı Avstraliya vətəndaşının da sonrakı taleyini müəyyənləşdirir. Onun anası terror aktı zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Terror aktı zamanı 15 nəfər öldürülüb, daha 119 nəfər xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.