Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalanıb

12-09-2017, 14:25           
Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalanıb
Sumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru