Bakıda ağır qəza - Ölən və yaralananlar var

12-09-2017, 15:30           

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru