London polisi metroda əlində bıçaq olan şəxsi saxlayıb

16-09-2017, 09:09           
London polisi metroda əlində bıçaq olan şəxsi saxlayıb
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Acton Town" metrostansiyasının bağlanmasına səbəb olan əli bıçaqlı şəxsi saxlayıblar.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli polis özünün "Twitter"ində məlumat yayıb.
"Polislər Deyv və Çim metroda əlində bıçaq olan şəxsi saxlayıblar. Onun əlində özünümüdafiə üçün bıçaq olub", - deyə foto ilə paylaşılmış xəbərdə bildirilir.
"Daily Express" qəzetinin məlumatına görə, həmin şəxs silah gəzdirməkdə və narkotik saxlamaqda şübhəli bilinərək həbs edilib. Hadisə yeraltı "Parson Green" stansiyasında törədilmiş partlayışdan bir neçə saat sonra baş verib.
Qeyd edək ki, London polisi terror əleyhinə bölmənin araşdırdığı hadisəni terror aktı adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru