"Toyota" səkiyə çırpıldı: iki azyaşlı qardaş öldü - Kürdəmirdə

16-09-2017, 10:05           

Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb. Bakının Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru