Alimdən inanılmaz açıqlama: 20 ildən sonra insan...

19-09-2017, 09:24           

Gələcəkdə insanların sonsuza kimi yaşaya bilməsi üçün müxtəlif yollar tapılacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Sinqulariti Universitetinin qurucusu Xose Luis Kordeiro deyib.

O bildirib ki, 20-30 ildən sonra insanları gəncləşdirən texnoloji imkanlar inkişaf etdiriləcək:

“Vücudumuzun sağlam olmasını təmin edərək daha çox yaşaya bilərik. Lakin əsas hədəfimiz insanın ölümsüz yaşaya bilməsidir. Bundan əlavə, insanlar gələcəkdə telepatiya yolu ilə bir-biriləriylə əlaqə quracaq. Yəni bir beyin digər beyinlə əlaqəyə girəcək”.

Alim gələcəkdə süni intellektin də insan zəkası səviyyəsinə çatacağını və hətta onu üstələyəcəyini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru