“Ağıllı” avtomobil şini yaradıldı

19-09-2017, 09:56           

Almaniyanın avtomobil şinləri istehsalçısı brendi Frankfurtda keçirilən sərgidə "ağıllı" təkəri təqdim edib.

teref.az lent.az-a istinadən xəbər verir ki, bu təkər öz vəziyyətinə özü nəzarət edir və hətta müxtəlif yol şəraitinə uyğun adaptasiya olunur.

Bildirilir ki, yenilik iki sistemdən istifadə edir. Bunlar "ContiSense" və "ContiAdapt" sistemləridir. Onlar REDİ şinlərindəki xüsusi təzyiq ötürücü ilə çalışırlar.

Şinlər təzyiqlə idarəetmədən istifadə edir. Təkərin üst hissəsində dəyişən eni təkərin yol ilə təmas yerindəki sahəni optimallaşdırmağa və tənzimləməyə kömək edəcək. Bu isə bütün yol şəraitinə uyğunlaşmağa imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru