Bakıda sürücünü al qana qərq etdilər - VİDEO

19-09-2017, 13:07           
Bakıda sürücünü al qana qərq etdilər - VİDEO
Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.

Enter.News xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.