Bir ailədə FACİƏ: Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü

19-09-2017, 14:21           

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

teref.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.

Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.

Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru