Erməni deputatlar Bakıda içki məclisindən foto paylaşdılar

22-09-2017, 00:05           
Erməni deputatlar Bakıda içki məclisindən foto paylaşdılar
Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”. Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru