Ana uşağı evdə tək qoyub getdi, uşaq bir həftə ərzində acından öldü

22-09-2017, 08:53           
Ana uşağı evdə tək qoyub getdi, uşaq bir həftə ərzində acından öldü
Rusiyanın Rostov şəhərində anasının evdə qoyub getdiyi və 1 həftə boyunca gəlmədiyi uşaq aclıqdan həyatını itirib.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Rostov bölgəsində 17 yaşlı Viktoriya Kuznetsova adlı qadın uşağını evdə qoyaraq, əylənməyə gedib. Dostları ilə əylənmək üçün universitet kampına getdiyi və bir həftə boyunca orada qaldığı, bu müddət ərzində bədbəxt körpənin aclıqdan öldüyü bildirilib.
Qadının yaşadığı ərazidəki qonşuları bir həftə ərzində evdən hər hansı bir səs gəlmədiyini görərək, vəziyyəti polisə bildiriblər. Evi yoxlamağa gələn polislər, körpənin cansız bədəni ilə rastlaşıb. Uşağın aclıq səbəbiylə həyatını itirdiyi və ananın nəzarətə alındığı qeyd edilib. Gənc qadın polisdə verdiyi ifadəsində körpəni xalasına tapşırıb getdiyini, uşağın tək olmadığını bildirib. Gənc qadının, uşağ ölümündən məsuliyyətli olduğu bildirərək 10 il həbs cəzası verildiyi deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.