Körpə uşaqla evdən qacan ana tapıldı

22-09-2017, 11:43           
Körpə uşaqla evdən qacan ana tapıldı
Bu ilin iyul ayında Bakı şəhərinin Xəzər rayonunda 3 yaşlı oğlu Nurlanla birgə yaşadığı evdən qaçan 22 yaşlı Xanım Quliyeva tapılıb.

Lent.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qadının yeri müəyyən edilib və onun ailəsinə qayıtması təmin edilib.

Qeyd edək ki, gənc qadın ailə münaqişəsi zəminində azyaşlı oğlunu da götürərək evdən getmişdi. O, daha sonra KİV-lə əlaqə saxlayaraq müstəqil yaşaya biləcəyini, işlədiyini və oğluna özünün baxacağını demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru