Azərbaycanlı ana 35 il Ermənistanda yaşayan qızını tapdı – VİDEO
23-09-2017, 00:31
Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən “Səni axtarıram” verilişində ürəkparçalayan anlar yaşanıb. Turkustan.info ” baku.ws-ə istinadən xəbər verir ki, övladı 35 il əvvəl erməni ailəsinə verilən Sədaqət xanım efirdə gözyaşlarına boğulub. İllər əvvəl Sədaqət xanımın əri qızını erməni ailəyə verib. Ermənistanda yaşayan, orada böyüyən Emma adlı qız erməni bir gənclə evlənib. Studiyada olan qonaqlar anadan öz qızından imtina etməsini istəyiblər. Ancaq ana Emmanın onun qızı olduğunu bildirib və onu buraxmayacağını deyib. Daha sonra qadın ağlayaraq fəryad edib və qızından üzr istəyib. “Səni axtarıram” verilişinin əməkdaşları Emma ilə əlaqə saxlayıb. Qız anası ilə Gürcüstanda görüşməyə razılıq verib.