İtaliyada qeyri-adi nikah- Qadın özü ilə evləndi

24-09-2017, 10:38           
İtaliyada qeyri-adi nikah- Qadın özü ilə evləndi
İtaliyada 40 yaşlı bir qadın qeyri-adi nikah kəsdirib. O, özü-özüylə evlənib.

Moderator.az xəbər verir ki, İtaliyanın Lissona qəsəbəsində idman zalında təlimatçı işləyən 40 yaşlı Laura Mesinin bu addımı ölkədə maraqla qarşlanıb və ona “yalqız gəlin” adı verilib.

Laura qeyri-adi nikaha ümumilikdə 10 min avro xərcləyib və mərasimə 70 nəfəri də dəvət edib.
O, mərasim zamanı bəylə gəlinin birgə etməli olduğu adətləri- tort kəsmək, şampan içmək, şərab paylamaq və gül atmaq kimi işləri təkbaşına görüb.

Laura hamını heyrətləndirən qeyri-adi nikahdan sonra təkbaşına “balayına” da çıxıb. O, mətbuata açıqlamasında ürəyincə olan əks cins nümayəndəsini tapmadığı üçün bu qərarı verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru