ABŞ-da prokurorun müavini məhkəmədə yeniyetməni güllələyib

18-01-2018, 09:41           
ABŞ-da prokurorun müavini məhkəmədə yeniyetməni güllələyib
ABŞ-da prokurorun müavini məhkəmə prosesində yeniyetməni güllələyib.

“Report”un məlumatına görə, bu barədə “WCPO” telekanalı polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Franklin dairəsində baş verib. Belə ki, Ohayo ştatında prokurorun müavini məhkəmə prosesi zamanı həddi-büluğa çatmamış şəxsi güllələyib.

Qeyd edilir ki, çərşənbə günü, günün birinci yarısında məhkəmədə odlu silahın tətbiqinin təhlükələri ilə bağlı 16 yaşlı yeniyetmə barəsində həddi-buluğa çatmamış şəxslərin işləri üzrə dinləmə keçirilib. Məhkəmə zalında prokurorun müavini ilə yeniyetmə və onun ailə üzvləri arasında qarşıdurma yaranıb. Bu zaman məmuru döyməyə başlayıblar. O, atəş açmağa məcbur olub və güllə müttəhimə dəyib.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən orada ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru