Vaqif Şıxəliyevin arzusu baş tutmadı - məhkəmə «Yox!» dedi

26-08-2015, 19:27           
Vaqif Şıxəliyevin arzusu baş tutmadı - məhkəmə «Yox!» dedi
Bu gün 1 saylı İnzibati-İqtisad məhkəməsinin hakimi Fəqan Əhmədovun 29 iyul 2015-ci il tarixli qərardadı ilə Bakı şəhər sakini Məmmədağa İbrahimovun «Nəsimi İcra Şöbəsinə qarşı İcra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi haqqında tələbinə dair iş üzrə iddiasının geri götürülmüş sayılmaqla işin icraatına xitam verilməsi barədə» qərardadı Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2015-ci il tarixli qərardadı ilə ləğv edildi. Bununla da Məmmədağa İbrahimovun apellyasiya şikayəti təmin edildi. Bu isə o deməkdir ki, iş mahiyyəti üzrə baxılması üçün 1 saylı İnzibati İqtisadi Məhkəməsinə göndərildi.
Xatırladırıq ki, bu ədalətli qərar Bakı Apellyasiya Məhkəməsinin hakimləri (sədr Sərvət Hüseynov, hakimlər Vidadi Məmmədov və Valeh Ağayevin) iştirakı ilə qəbul olunmuşdur.
Bundan əlavə, apellyasiya şikayətində şikayətçi Məmmədağa İbrahimov, cavabdeh Nəsimi İcra Şöbəsinin icra məmuru və 3-cü şəxs qismində Vaqif Şıxəliyevin səlahiyyətli nümayəndəsi Fərzəli Əliyev olmuşdur. Məmmədağa İbrahimovun isə hüquqlarını məhkəmədə tanınmış vəkil Əlirza Həbilov müdafiə etmişdir.
Onu da deyək ki, söhbət Vaqif Şıxəliyevin «Bakı Mərkəzi Bazar»da apardığı qanunsuz tikintiyə qarşı Məmmədağa İbrahimovun şikayəti əsasında qəbul olunmuş məhkəmə aktının Nəsimi icra məmuru tərəfindən icra edilməməsindən (hərəkətsizliyi) gedir. İcra məmurunun hərəkətsizliyi nəticəsində isə qanunsuz tikinti aparılan ərazidə iki nəfər özünü yandırmış, bir nəfərin isə başına həmin tikintidən daş düşərək dünyasını dəyişmişdir. \\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.